- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Tokio-2020-yə ölkəmiz 39 vəsiqədə 44 idmançı ilə qatılıb. Allsport.az saytı xəbər verir ki, olimpiyaçılarımız 13 növdə mübarizə aparacaqlar. Lisenziyalardan 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çoxnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şose velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (uayld-kart) üzrədir. Olimpiadada iştirak edəcək idmançılarımız aşağıdakılardır:
1. Anna Skidan (atletika, çəkicatma)
2. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq)
3. Mariya Stadnik (qadın güləşi, 50 kq)
4. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
5. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
6. Yelizaveta Luzan (bədii gimnastika, qrup çoxnövçülük)
7. Darya Sorokina (bədii gimnastika, qrup çoxnövçülük)
8. Məryəm Səfərova (bədii gimnastika, qrup çoxnövçülük)
9. Ləman Əlimuradova (bədii gimnastika, qrup çoxnövçülük)
10. Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
11. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük)
12. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük)
13. Ruslan Lunyov (güllə atıcılığı, 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)
14. Elçin Əsədov (velosiped idmanı, şose)
15. Milad Beigi Hərçəqani (taekvondo, 80 kq)
16. Nazim Babayev (atletika, üçtəkanla tullanma)
17. Tayfur Əliyev (boks, 57 kq)
18. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
19. Hacımurad Hacıyev (sərbəst güləş, 74 kq)
20. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)
21. Anna Başta (qılıncoynatma, sablya)
22. Elis Manolova (qadın güləşi, 68 kq)
23. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)
24. Fəridə Əzizova (taekvondo, 67 kq)
25. Rafael Ağayev (karate, 75 kq)
26. İrina Zaretska (karate, +61 kq)
27. Edi Reski Dviçayo (badminton)
28. Kəramət Hüseynov (cüdo 60 kq)
29. Orxan Səfərov (cüdo, 66 kq)
30. Rüstəm Orucov (cüdo, 73 kq)
31. Murad Fətiyev (cüdo, 81 kq)
32. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)
33. Zelim Kotsoyev (cüdo, 100 kq)
34. Uşangi Kokauri (cüdo, +100 kq)
35. Aişə Qurbanlı (cüdo, 48 kq)
36. İrina Kindzerska (cüdo, +78 kq)
37. Rostislav Pevtsov (triatlon)
38. Cavid Çələbiyev (boks, 63 kq)
39. Lorenso Sotomayor (boks, 69 kq)
40. Alfonso Dominges (boks, 81 kq)
41. Məhəmməd Abdullayev (boks, +91 kq)
42. Firdovsi Farzaliyev (karate, 67 kq)
43. Emin Cəfərov (stend atıcılığı, uayld kart)
44. Məryəm Şeyxəlizadə-Xanqan (üzgüçülük, universal vəsiqə).