- Baxış sayı: 18
- 04 Fevral 2026 12:21
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0

DÇ-2018-in seçmə mərhələsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan – Almaniya oyununa bilet satışı davam edir. Allsport.az saytı xəbər verir ki, biletləri “28 Mall” Ticarət Mərkəzində, “Bakcell” Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), mərkəzi stadionun və “Bakcell Arena”nın kassalarında və “Park Bulvar”da əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
Biletlərin qiyməti:
VIP – 50 AZN
1-ci kateqoriya – 19 AZN
2-ci kateqoriya – 14 AZN
3-cü kateqoriya – 9 AZN
4-cü kateqoriya – 5 AZN
5-ci kateqoriya – 2 AZN