- Baxış sayı: 45
- 17 Dekabr 2025 22:55
- Baxış sayı: 103
- Dekabr 17, 2025
- 0

Azərbaycan millisinin Dünya Kuboku-2018-in seçmə qrup mərhələsində keçirəcəyi növbəti oyunun biletləri satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, martın 26-da Almaniya ilə matçın biletləri bu gündən birbaşa (onlayn) satışdadır.
Bundestimlə görüşü izləmək istəyənlərə 7 dərəcəli biletlər təklif olunur. VİP sektora giriş 50 manata olacaq. Bundan başqa, 2, 5, 9, 14, 19 və 20 manatlıq biletlər də satışa çıxarılıb. Kassalarda satışa isə fevralın 1-dən start veriləcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Almaniya oyunu saat 20:00-da başlayacaq.