- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxır. Allsport.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız bu tsikldəki altıncı oyununda səfərdə qrup lideri Almaniya ilə üz-üzə gələcək.
Xatırladaq ki, millimiz sentyabrın 8-də Bakıda bu komanda ilə qarşılaşmadan böyük hesablı məğlubiyyətlə ayrılmışdı – 0:3. Onsuz da bərbad çıxışı ilə seçilən gənclər yığmamızın səfərdə almanlara daha biabırçı hesabla uduzması istisna edilmir. Çünki qrup lideri keçirdiyi əvvəlki üç oyunda qol buraxmadan 13 top vurub və maksimum göstəriciyə malikdir.
Millimizə gəlincə, yalnız ilk turda səfərdə Farer adalarına 1:0 hesabıyla qalib gəldikdən sonra futbolçularımız Avstriyaya (evdə 0:2, səfərdə 0:7), Almaniyaya (evdə 0:3) və Finlandiyaya (evdə 0:1) uduzub.
Bu gün millimizin qrupunda daha bir görüş keçiriləcək. Avstriya doğma meydanda Finlandiya ilə üz-üzə gələcək.
AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
13 noyabr
21:00. Almaniya – Azərbaycan
Baş hakim: Tsvetan Krastev (Bolqarıstan).
Regensburq. “Kontinental Arena”.