- Baxış sayı: 55
- 21 Aprel 2025 16:45
- Baxış sayı: 81
- Aprel 23, 2025
- 0
Latviyanın Kuldiqa şəhərində atletika üzrə “Kuldiqa Catherina Cup” Beynəlxalq turniri təşkil olunub. Allsport.az xəbər verir ki, yarışda Azərbaycan ilə yanaşı, 17 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparıb.
Yarışda ölkəmizi məşqçi Elvin Əliyevin rəhbərliyi altında Rahib Məmmədov təmsil edib. Turnirdə 60 metr məsafəyə sədlərlə qaçış yarışlarının təsnifat mərhələsində 7,97 saniyə nəticə ilə atletimiz finala yüksəlib.
Həlledici mərhələdə Məmmədov 7,95 saniyə göstərici ilə bürünc medala sahib olub. Bu nəticə ilə atletimiz şəxsi nəticəsini yaxşılaşdırıb.