- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 152
- Mart 19, 2026
- 0

Azərbaycan atleti Anna Skidan Polşanın Xojuv şəhərində keçirilən çəkicatma yarışında qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, o, 73,25 metrlik nəticə göstərib.
Skidan polşalı atlet Yanuş Kusosinskinin 70 illik yubileyinə həsr edilmiş “Vorld Athletics”in gümüş səviyyəli turnirində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Təmsilçimiz italiyalı Sara Fantini (71,97 m) və polşalı Anita Vlodarçiki (71,16 m) arxada qoyub.