Azərbaycan atletləri Balkan çempionatında

Atletika üzrə Azərbaycan millisi Sloveniyanın Maribor şəhərində keçiriləcək Balkan çempionatında iştirak edəcək.

Allsport.az xəbər verir ki, U-18 yaş kateqoriyası üzrə təşkil olunacaq yarış iyulun 6-da baş tutacaq. Millimiz turnirə 9 atletlə yollanıb.

İlahə Quliyeva 400 metr məsafəyə qaçışda, Mehri Nadirova uzunluğa tullanmada mükafatlar üçün mübarizə aparacaq. Raul Yusufli və Abdulla Əliyev uzunluğa tullanma, Rəvan Behbudov üç təkanla tullanma, Fərhad Quliyev nüvə itələmədə qüvvəsini sınayacaq.

Nihat Tağıyev 200 metr və 400 metr, İsgəndər Əsgərov 800 metr və 1500 metr, Əmir İsmayılov sədləri dəf etməklə 110 metr məsafəyə qaçışda yarışa qatılacaq. Əmir, Raul, Nihat və Abdulladan ibarət “dördlük” isə 4×100 metr məsafəyə estafet qaçışında da iştirak edəcək.

Həmin kateqoriyadan