- Baxış sayı: 168
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 168
- Dekabr 05, 2025
- 0
Avrokubokların cari mövsümünün ən uğurlu ölkələrinin siyahısı bəlli olub. Allsport.az saytı xəbər verir ki, 3-cü təsnifat mərhələsinin ilk matçlarından sonra zirvədə Kipr qərarlaşıb.
Ada ölkəsinin klubları 3,250 xala sevinib. İsrail 3,000 xalla ikincidi. Danimarkalılar isə ilk “üçlüy”ü qapayır – 2,625.
Apasport.az-ın məlumatına görə, Azərbaycan da ən yaxşılar arasında yer alıb. “Top-10”da qərarlaşan ölkəmiz 6-cı yerin şəriklərindəndir. 2,375 xal qazanan Azərbaycan Skandinaviya təmsilçiləri İsveç və Norveçlə eyni göstəriciyə malikdir.
1. Kipr – 3,250
2. İsrail – 3,000
3. Danimarka – 2,625
4. Xorvatiya – 2,500
5. İngiltərə – 2,428
6-8. Azərbaycan – 2,375
İsveç – 2,375
Norveç – 2,375
9. Polşa – 2,250
10. Litva – 2,125