Azərbaycan bayrağını təhqir edən 3 ərməni futbolçu Laçında saxlanılıb

Azərbaycan bayrağını təhqir edən 3 ərmən soysuzu “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Allsport.az saytı xəbər verir ki, bu barədə düşmən ölkənin Teleqram kanalları məlumat yayıb. 2021-ci ildə dövlət atributumuzu aşağılayan 11 futbolçudan 3-ü saxlanılıb.

Xatırladaq ki, o vaxt zaman bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində onların hərəkətlərini əks etdirən videogörüntülər yayılmışdı.

Həmin zaman faktla bağlı Azərbaycan baş prokuroru tərəfindən cinayət məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan respublikasının dövlət bayrağı və ya Azərbaycan dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla, istintaqın aparılması baş prokurorluğun istintaq idarəsinə həvalə olunmuşdu.

11 futbolçunun hamısı axtarışa verilmişdi.

Həmin kateqoriyadan