- Baxış sayı: 23
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 60
- Noyabr 26, 2024
- 0
Azərbaycan Beynəlxalq Bankı ASC-nin idarə heyəti “İnter” peşəkar idman klubuna himayəsini dayandırımağa qərar verib. Allsport.az saytı xəbər verir ki, belə bir addımın atılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan ABB-də işin optimallaşdırılması və restrukturizasiyanın aparılmasıdır. Bankın idarə heyətinin sədri Xalid Əhədov bununla bağlı bildirib:
“Yeni strateji hədəflərinə uyğun olaraq, idman sahəsindəki fəaliyyətini məhdudlaşdırmaq ABB-yə öz xərclərinə qənaət etməyə, mövcud imkan və resursların, əsas fəaliyyət istiqamətlərinə, yəni, sırf bank-maliyyə sahəsinə cəlb olunmasına, beləliklə, Bankın dövlət dəstəyi ilə sağlamlaşdırılması tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək”.
Bu qərarla bağlı digər hüquqi-texniki məsələlər qanunvericiliyə uyğun şəkildə mərhələli qaydada həllini tapacaq. Belə ki, müvafiq qərarla əlaqədar bankın müraciətinə uyğun olaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “İnter” klubunun cari mövsümün sonuna qədər oyunlarda iştirakı məqsədilə bütün lazımi işlər üçün dəstəyini verəcək. ABB “İnter” peşəkar idman klubunun təsisçisi kimi qalacaq və klubun idarəçiliyi idarəetmə müqaviləsi əsasında peşəkar komandaya ötürüləcək. Klub sponsor üçün açıq elan olunur. Kluba sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər.
Qeyd edək ki, klubun lisenziyalaşdırılması çərçivəsində götürülmüş öhdəliklər (o cümlədən, lisenziyalaşdırma prosesi çərçivəsində nəzərdə tutulan maliyyə zəmanəti) ABB tərəfindən yerinə yetiriləcək.