YENİLƏNİB
Azərbaycan futbolu Avropa seçmə mərhələsini məğlub bitirdi

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Allsport.az xəbər verir ki, millimiz AÇ-2016-nın seçmə mərhələsindəki sonuncu – onuncu oyununda Bolqarıstanın qonağı olub.

Rəqib bizim üçün tanış rəqibdir. Belə ki, millimiz 2004-cü ildə bu komanda ilə Bakıda yoxlama oyunu keçirib. Həmin görüş qolsuz başa çatıb. Komandalar arasında bu seçmə mərhələ çərçivəsində baş tutan ilk rəsmi qarşılaşmada isə bolqarlar Bakıda 2:1 hesablı qələbəyə sevinmişdilər. İndi millimiz ilk dəfə bu rəqibinə qalib gəlmək şansına malikdir.

AÇ-2016-nın seçmə mərhələsi
“H” qrupu
13 oktyabr

Bolqarıstan – Azərbaycan – 2:0
Qol: M.Aleksandrov, 20 (1:0), D.Rangelov, 56 (2:0)
Baş hakim: Tamaş Boqnar (Macarıstan).
Sofiya. “Vasil Levski” stadionu.

Bolqarıstan: 1. Bojidar Mitrev, 3. Aleksandr Aleksandrov, 5. İvo İvanov, 6. Yordan Minev, 20. Jivko Milanov, 7. Mixail Aleksandrov, 10. İvelin Popov, 17. Georgi Milanov, 21. Svetoslav Dyakov (k), 23. Xristo Zlatinski, 8. Dimitar Rangelov.
Ehtiyat oyunçular: 13. Blaqoy Makendjiyev, 12. Plamen İliyev, 2. Straxil Popov, 4. Asen Georgiyev, 15. İvan İvanov, 18. Anton Nedyalkov, 9. Anton Karaxanakov, 14. Georgi Kostadinov, 16. Simeon Slavçev, 22. Todor Nedelev, 11. Ventsislav Xristov, 19. Aleksandr Tonev.
Baş məşqçi: İvaylo Petev.
Azərbaycan: 1. Kamran Ağayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 20. Məhəmməd Mirzəbəyov, 2. Qara Qarayev, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 10. Ruslan Qurbanov, 17. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 23. Anar Nəzirov, 12. Aqil Məmmədov, 4. Pavel Paşayev, 16. Tərlan Quliyev, 21. Arif Daşdəmirov, 6. Rəşad Sadiqov, 8. Eddi İsrafilov, 9. Elvin Məmmədov, 11. Toğrul Erat, 18. Rəhman Hacıyev.
Baş məşqçi: Robert Prosineçki.

Həmin kateqoriyadan