Azərbaycan bu idman növü üzrə dünya çempionatına ev sahibliyi edəcək

“Bu yarışın Azərbaycan keçirilməsi bizim üçün çox önəmlidir. Xizək alpinizmi üzrə yarışları 2024-cü ildən keçirməyə başlamışıq. Ötən il dünya kuboku burada baş tutub. Bu il isə qitə kuboku ilə yanaşı ilk dəfə Avropa çempionatına da ev sahibliyi edirik”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycan qış idmanı federasiyasının baş katibi Günel Bədəlova Şahdağda keçirilən xizək alpinizmi üzrə dünya kuboku və Avropa çempionatı yarışlarının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, yarışlarda 18 ölkədən 120-dən çox idmançının iştirak etdiyini bildirib: “Ölkəmizi isə 5 idmançı təmsil edəcək. Bu gün onlardan 4-ü mübarizəyə başlayacaq. Onların hamısının yaxşı nəticə göstərəcəyinə inanırıq. Gələn ildə də xizək alpinizmi üzrə dünya çempionatına da ev sahibliyi edəcək. Bu isə qış idman növlərinin Azərbaycanda inkişaf etdiyini göstərir”.

Bədəlova qış olimpiya oyunlarında Azərbaycan idmançılarının çıxışını dəyərləndirib: “Federasiya olaraq hədəfimiz yerli idmançılarımızın yetişməsidir. Ümidvarıq ki, növbəti olimpiadalarda daha böyük heyətlə və öz idmançılarımızla təmsil olunacağıq. Bu idman növləri bizim üçün yenidir. İnkişaf etməyimiz üçün böyük vaxta ehtiyac var. Hazırda legionçularla təmsil olunuruq, amma illər keçdikcə bunun dəyişməsini istəyirik. Milan olimpiadasında daha yaxşı nəticə gözləyirdik, amma bu idmandır. Gələcəkdə daha yaxşı nəticələr gözləyirik”.

Həmin kateqoriyadan