- Baxış sayı: 67
- 07 Avqust 2026 16:57
- Baxış sayı: 196
- Avqust 05, 2026
- 0

“Pitsburq Pinqvins”in kapitanı Sidni Krosbi NHL tarixinə düşüb.
Allsport.az xəbər verir ki, kanadalı hücumçu komandasının 3 qol geridə olduğu matçlarda geri dönüş edərək 20-ci qələbəsini qazanıb. O, NHL tarixində bu nəticəyə nail olan 4-cü oyunçudur. Bu göstəricidə ondan öndə yalnız Kevin Lou (21), Mark Messye (21) və Stiv Ayzerman (21) qərarlaşıblar.
Krosbi bu uğura “Kolumbus Blyu Cekets”lə keçirilən son qarşılaşmada (5:4) imza atıb. Komandası oyun zamanı 1:4 hesabı ilə geridə olsa da, kapitanın over-taymda vurduğu qol “Pinqvins”ə qələbə qazandırıb.
Cari müntəzəm çempionatda 41 matça çıxan 38 yaşlı Krosbi 24 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.