Azərbaycan çempionatında 2023/24 mövsümünün rekordu qeydə alınıb

Allsport.az xəbər verir ki, bu, II liqanın XI turuna təsadüf edib.

“Göygöl” – “Şəmkir” matçı mövsümün ən məhsuldar oyunu olub. Bu görüşdə 10 qol vurulub. Meydan sahiblərinin 8:2 hesabı ilə qalib gəldiyi matça qədər mövsümün heç bir qarşılaşmasında qol sayı ikirəqəmli ədədlə ifadə olunmamışdı.

Premyer liqa, I liqa, II liqa və əvəzedicilər liqasının arxada qalan hissəsinin əvvəlki rekordu 9 qolun vurulduğu iki matçda qeydə alınmışdı. Bu, II liqanın “Kür-Araz” – “Kürmük Qax” (6:3) və “Şahdağ Qusar” – “Dinamo” (9:0) oyunlarına təsadüf edib.

10 və ya daha çox qolun vurulduğu son matç 2022/23 mövsümündə baş tutmuşdu. I divizionun bu il martın 30-da keçirilən “Turan Tovuz-2” – “Araz-Naxçıvan” qarşılaşmasında qonaqlar 6:5 hesablı qələbə qazanıb.

Həmin kateqoriyadan