- Baxış sayı: 34
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Premyer liqanın XXVI turu Krunoslav Renduliçin, Azərbaycan çempionatlarında debütü ilə əlamətdar olub.
Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis “Sabah”ı “Qəbələ” ilə ev matçına çıxarıb. Onun komandası bu oyunda 2:1 hesablı qələbə qazanıblar.
Renduliç Azərbaycan çempionatları tarixinə 63-cü legionçu baş məşqçi kimi düşüb. “Bank respublika arena”da keçirilən görüşə qədər 62 əcnəbi mütəxəssis baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını premyer liqa matçına çıxarıb.
Renduliç ölkə çempionatlarının 3-cü xorvatiyalı baş məşqçisidir. Ona qədər Stepan Çordaş “Şüvəlan”da, Jelko Sopiç “Sabah”da çalışıb. Bakı klubunun 4-cü legioner baş məşqçisi olan Renduliç, digər xorvatiyalı Jelko Sopiçdən başqa, komandaya Visente Qomeslə, Murad Musayev də rəhbərlik edib.