- Baxış sayı: 192
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 192
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 16-cı turu Uqanda futbolçusunun Azərbaycanda debütü ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Səbail”in futbolçusu Faruk Miya ölkə çempionatları tarixinə ilk uqandalı kimi düşüb.
21 yaşlı yarımmüdafiəçi “Qarabağ”la (0:1) oyunun gedişində meydana çıxıb. Uqanda çempionatımızda təmsil olunan 82-ci ölkədi. Ötən tur bu siyahıya daha iki ölkə – Trinidad və Tobaqo ilə Qambiya əlavə olunmuşdu.
Qeyd edək ki, Uqanda Afrikanın çempionatımızda oyunçu ilə təmsil olunan 22-ci ölkəsidir.