- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

UEFA qitə klublarının yeni əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bu gecə Avropa Liqasının qrup mərhələsində səfərdə Yunanıstan PAOK-u üzərində qələbə “Qarabağ”ın 12 pillə irəliləyərək, ən güclü 100 klub sırasına düşməsinə səbəb olub. Hazırda Ağdam klubu 18,050 xalla 99-cu yerdədir.
“Qarabağ”ın rəqiblərinə gəlincə, “Fiorentina” (İtaliya) 63,199 xalla 24-cü, PAOK 29,680 xalla 61-ci, Çex Respublikasının “Slovan”ı 23,855 xalla 83-cü sıradadırlar. Bakıda Fransa “Sent-Etyen”inə məğlub olmasına baxmayaraq, “Qəbələ” 1 pillə irəliləyib, 7,800 xalla 181-ci olub.