- Baxış sayı: 102
- 03 Noyabr 2024 17:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Astarada Vətən müharibəsi şəhidi, atlet Arif Qeybiyevin xatirəsi anılıb.
Allsport.az xəbər verir ki, Azərbaycan atletika federasiyasının baş katibi Məhərrəm Sultanzadə, qurumun icraiyyə komitəsinin üzvü, respublika olimpiya mərkəzinin direktoru Şəlalə Yaqubova, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov, Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov və federasiyanın Astaradakı nümayəndəsi Rəşad Əliyev Ərçivan qəsəbəsində şəhidin ailə üzvləri ilə görüşüb və məzarını ziyarət ediblər. Görüşdə AAF-ın prezidenti Cavid Qurbanovun şəhidin ailəsinə diləklərini çatdıran federasiya rəsmiləri Arif Qeybiyevin atletikada əldə etdiyi yüksək nailiyyətlərdən danışaraq onun həm idmançı kimi, həm də şərəfli döyüş yolu ilə örnək olduğunu vurğulayıblar. Arif Qebiyev dəfələrlə kros qaçışı üzrə Azərbaycan çempionu olmaqla yanaşı, müxtəlif yerli və beynəlxalq yarışların qalib və mükafatçısı olub. Sentyabrın 27-də Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Arif Qeybiyev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.