Azərbaycan çempionunun rəqibi 2004-cü ildə dağılıb

Çempionlar liqasının ilk təsnifat mərhələsində “Qarabağ” Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, 1911-ci ildə əsası qoyulan klub 2004-cü ildə dağılıb və 1 il sonra yenidən bərpa olub. Komanda 5-ci liqadan mübarizəyə başlayaraq, hər mövsüm yüksək dəstəyə vəsiqə qazanıb. 2005-2007-ci illərdə paytaxt Lübliyanada yerləşən Beziqrad qəsəbəsinin adına uyğun olaraq, “Beziqrad” adı ilə fəaliyyət göstərib. 2007-2008-ci illərdə isə “Olimpiya” adı ilə “Beziqradı təmsil edən komanda 2008-ci ildən Lüblyananın adına çıxış edir.

Komanda 2009-cu ildə elitaya vəsiqə qazanıb. Paytaxt təmsilçisi 2015/2016 və 2017/2018-ci illər mövsümündə çempionluq sevinci yaşayıbsa, 2 dəfə gümü və 1 dəfə də bürünc medala sevinib. “Əjdahalar” 1 dəfə də ölkə kubokunu qazanıb.

İndiyə qədər “Olimpiya” avrokuboklarda 18 oyun keçirib. Komanda bu matçlarda 6 qələbə qazanıb, 4 heç-heçə edib və 8 dəfə yenilgi yaşayıb. Lüblyana təmsilçisinin ləqəbi “əjdahalar” və “yaşıl-ağlar”dır. Buna uyğun olaraq ev oyunlarını komanda ağ və yaşıl rəngli formalarda keçirir.

Komanda ev oyunlarını 16 min 38 nəfərlik azarkeş tutumu olan “Stozice” stadionunda keçirir. “Olimpiya”nın prezidenti 79 yaşlı Milan Mandariçdir. O, 2015-ci ildən komandanın prezidentidir. Baş məşqçi postuna 2018-ci ildə 39 yaşlı serbiyalı İliya Stolitsa gətirilib. Komandanın kapitanı 35 yaşlı müdafiəçi Branko İliçdir.

Həmin kateqoriyadan