“Azərbaycan dilində başa düşmürəm, çünki hamı rusca danışır”

“Hayduk” azarkeşlərindən bir neçəsi mənə dedi ki, yenidən “ağ-qaralar”da oynamalıyam. Amma onlara “Qarabağ”la daha il yarımlıq müqaviləm olduğunu bildirdim. Bu komandadan razıyam. “Hayduk”un yaxşı mövsüm keçirməsinə şadam və ümid edirəm ki, sona qədər belə davam edəcək”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “köhlən atlar”ın xorvatiyalı futbolçusu Filip Ozobiç deyib. Millimizə cəlb olunan 30 yaşlı yarımmüdafiəçi, öncə Bakıdakı həyat tərzindən danışıb:

“Şəhərə çıxanda insanlar məni tanıyır, amma tez-tez yaxınlaşmırlar. Hərdən kimsə şəkil çəkdirmək istəyir. Futbolu izləyən adam kimin harada oynadığını bilir. Amma Splitdəki kimi eyforiya yoxdur. Orada futbolçulara belə pərəstiş etmək vərdişləri yoxdur. Splitdə baş verənlər, həqiqətən də, heç yerdə yoxdur.

Azərbaycan millisində oynamağımı deyəndə ailəmizdə hamı məni dəstəklədi. Qərarlarıma hörmət edirlər. Təkcə ailə üzvlərim deyil, həm də dostlarım matçlara baxırlar. Azərbaycan yığmasında oynamaq qərarına gəldiyim üçün peşman deyiləm. Azərbaycan dilində başa düşmürəm, yalnız sol, sağ, daha yavaş, daha sürətli… Çünki hamı rus dilində danışır, ona görə də öyrənməyə ehtiyac duymadım. Rus dilini daha əvvəl Moskva “Spartak”ında olarkən öyrənmişdim”.

Konfrans liqasının pley-ofunda rəqibimiz olan “Marsel” böyük klubdur. Bununla belə, bizim də gözəl komandamız, bir sıra yaxşı oyunçularımız var. Onlar üçün asan olmayacaq. Bu, “Qarabağ”ın avrokuboklarda ən yaxşı nəticəsidir. Komanda çempionlar Avropa liqarının qrupunda oynayıb, amma ilk dəfə daha irəli getdi”.

Həmin kateqoriyadan