- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dünyada 4 ən iri audit və konsaltinq şirkətlərdən biri olan, PwC şirkətinin hesabatına görə, Azərbaycanın keçirdiyi 4 Formula1 yarışı nəticəsində ölkə iqtisadiyyatına gələn ümumi gəlir 506.3 milyon dollar (860 mln manat) təşkil edib. Allsport.az saytı xəbər verir ki, bunun 300.6 milyon dolları birbaşa, 205.7 milyon dolları isə dolayı gəlirlərdir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, peşəkar xidmətlər, mehmanxana və restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
Bu gəlirlərdən əhəmiyyətli dərəcədə qazanan orta və kiçik sahibkarlardır! F1-in keçirildiyi 3-4 gün ərzində şəhərimizin böyük və kiçik mehmanxanaları, bütün xidmət sahəsi bir neçə aylıq gəlirlərini əldə edir. Bu artıq bir faktdır. 4 il ərzində Bakı yarışı şəhərin və ölkə iqtisadiyyatının bir hissəsinə çevrilə bildi. F1 həmçinin paytaxtımızın inkişaf etməkdə olan şəhər ənənəsinin gözəl bir nümunəsidir.
İnkişaf və zənginləşmək üçün şəhərin bu tipli layihələrə çox ehtiyacı var. Yarış ərəfəsində şəhər sakinlərinin bəziləri qonaqları dəvət edir, bəziləri mənzil kirayələyir, xaricdə yaşayan bəzi həmvətənlərimiz də sırf yarışları izləmək üçün Bakıya səfər edirlər. Az narahatçılıqlar olur, amma bunun müqabilində şəhər inkişaf edir.
Xatırladaq ki, Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimovdur. Qurumun marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadaraidir. O, 9 fevral parlament seçkilərində iştirak etməyə qərar verib və 29 saylı Səbail seçki dairəsinə bitərəf olaraq namizədliyini irəli sürüb. Yanvarın 17-də rəsmən təbliğat-təşviqat mərhələsinə başlanılıb.
Mehman ƏŞRƏFOV