“Azərbaycan futbolçularının çox yaxşı texniki keyfiyyətləri var”

Millinin baş məşqçisi Fernandu Santuş UEFA millətlər liqasında Estoniyaya qarşı keçirdikləri oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis məyus olduqlarını deyib:

“Matçın ilk 20 dəqiqəsi bərabər səviyyədə keçdi. Bundan sonra komandamız oyunu yalnız irəlidə keçirdi və rəqibə təhlükəli hücum imkanı vermədi. Futbolçularımız qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Lakin lazım olan qolu vura bilmədik. Buna görə məyusuq. Rəqibin qapıçısı da çox yaxşı çıxış etdi.

Məqsədimiz qarşıdakı 4-5 ildə mübariz komanda formalaşdırmaqdır. Milliyə bu layihə üçün gəlmişəm. Hər toplanışa gənc oyunçular cəlb etməyə və daha güclü heyətlə çıxış etməyə çalışırıq. Azərbaycan futbolçularının çox yaxşı texniki keyfiyyətləri var. Bunu komanda şəklində icra etməliyik. Burada perspektivli uşaqlar var”.

Millimiz qrupda son matçını noyabrın 19-da, Solnada İsveç yığmasına qarşı keçirəcək.

Həmin kateqoriyadan