Azərbaycan futbolu gerilədi: AFFA bu dəfə Premyer Liqaya 8 klubla girdi

Bu gün AFFA-nın mənzil qərargahında icraiyyə komitəsinin növbəti iclası olub. Allsport.az saytı xəbər verir ki, gündəlikdə duran əsas və yeganə məsələ növbəti mövsümdə Premyer Liqanın neçə klub və hansı qaydada keçirilməsi idi.
Toplantının sonunda məlum olub ki, 8 komandadan başqa heç kim lisenziya problemini yoluna qoya bilməyib. Bu üzdən, yeni mövsümdə güclülər dəstəsində 8 klub iştirak edəcək:

1. Növbəti mövsüm üçün müvafiq qaydada lisenziya almış klubların sayı nəzərə alınaraq, Premyer Liqanın 2016/2017-ci il mövsümü 8 komandanın iştirakı ilə keçirilsin.
2. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, legioner futbolçular üçün klublar tərəfindən ödənilən rüsumun məbləği 5 min AZN müəyyənləşdirilsin. Təmsil etdiyi ölkənin milli komandasının üzvü olan legioner futbolçular sifariş ərizəsinə ödənişsiz daxil olunsun.
3. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, intizam qaydalarına uyğun olaraq tətbiq edilən cərimə sanksiyalarının məbləği 20 faiz endirilsin.
4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, futbol veteranı Füzuli Cavadova və Nurəddin Əliyevə AFFA-nın təqaüdü verilsin.

Həmin kateqoriyadan