- Baxış sayı: 35
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 124
- Noyabr 25, 2024
- 0
“Xəzər Lənkəran”nın fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə klub rəhbərliyinin iclası keçirilib. Allsport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, toplantıda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilib.
Yığıncağın yekununda, “Xəzər Lənkəran” klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırması qərara alınıb. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün “Xəzər Lənkəran” AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb.
Əvvəlki illərdə olduğu kimi, klub Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. “Xəzər Lənkəran” öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.