- Baxış sayı: 242
- 31 Mart 2026 23:33
- Baxış sayı: 108
- Aprel 02, 2026
- 0

Ötən ilin 8 sentyabrında Azərbaycan güləş federasiyasına baş katib təyin olunan Pərvin Piriyev qısa müddət sonra islahatlara başladı. Yunan-Roma güləşi üzrə milli tağımlarda köklü dəyişiklik edən 34 yaşlı idman adamı, “Çinar meydanı”nda özünə yeni qərargah seçərək mərhələ ilə ətrafına çevrəsini topladı. Müxtəlif yaş dərəcələri üzrə ölkə birinciliklərində islahatlar etdikdən sonra, sıra idarə içinə gəldi.
Allsport.az-a daxil olan bilgiyə görə, baş katibin müavini Orxan Məmmədov (şəkildə soldan 2-ci) və Azərbaycan çempionatlarının təşkilati işlərinin rəhbəri Namiq Qurbanov (şəkildə sağdan 1-ci) ilə yollar ayrılıb. Hər iki əməkdaş uzun müddət AGF-də çalışıb. Adı ilk çəkilən şəxs 2021-ci ildə federasiyada prezident dəyişikliyinə qədər baş katib idi. Sonra, keçmiş baş katib Nəsimi Musayevin, daha sonra Pərvin Piriyevin müavini olub.
Namiq Qurbanova gəlincə, son etimada qədər, xeyli zaman beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik edib. Sözü gedən şəxslərin uzaqlaşdırılmasının səbəbləri saytımıza bəllidir. Sadəcə, hakimliklə bağlı yazılardan doğan gərginlik, üstəlik, qarşıdan Avropa çempionatının gəlməsi, durumun nə qədər həssas olmasından xəbər verir.
Pərvin Piriyevin digər müavini ilk gündən birgə çalışdığı Aydan Məmmədhəsənovadır.