- Baxış sayı: 28
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Türkiyə və Xorvatiya gəncləri arasındakı oyunda məşqçi Əgəmən Qorxmazın başından aldığı zədə hər kəsi qorxudub.
Allsport.az xəbər verir ki, hakimə etiraz edərkən yıxılan və huşunu itirən Qorxmaz dərhal xəstəxanaya çatdırılıb. Hadisə səbəbindən 32-ci dəqiqədə dayandırılan matç zamanı xorvatlar 1:0 öndə olub.
TFF məşqçinin artıq huşunun özündə olduğunu və müalicəsinin davam etdiyini açıqlayıb.