- Baxış sayı: 53
- 27 Yanvar 2026 10:22
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0
16 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirində ikinci turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, “Dalğa Arena”da Yunanıstan və Qazaxıstan yığmaları arasındakı oyun 6:1 hesabı ilə yunanıstanlı futbolçuların xeyrinə başa çatıb.
Azərbaycan yığması isə Bayıl stadionunda Gürcüstan komandasını 2:1 hesabı ilə məğlub edib. Xatırladaq ki, ilk turda Azərbaycan Qazaxıstana 4:0, Gürcüstan isə Yunanıstana 2:0 hesabı ilə qalib gəlmişdi.