- Baxış sayı: 12
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Avqustun 25-də gənclər və idman nazirliyi, AFFA və “Ulduz” futbol akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşadək futbolçular arasında II “Ulduz kuboku” beynəlxalq turnirinin açılış mərasimi oldu. Allsport.az saytı xəbər verir ki, Quba olimpiya idman kompleksinin stadionunda keçirilən tədbir iştirakçı komandaların keçidi ilə başladı.
Dövlət himni səsləndirildikdən sonra Quba rayon icra hakimiyyətinin məsul şəxsi Arif Nəbiyev və gənclər və idman nazirliyinin sektor müdiri Elçin Qasımov çıxış etdilər. Açılış mərasimi rəqs nömrələri və “İdman səfiri” Xəyyam Orucovun nümunəvi çıxışları ilə davam etdi.
Turnirin ilk günündə oyunlarda “Sabah” (Azərbaycan) “Paxtakor”a (Özbəkistan) 0:1 hesabı ilə məğlub oldu. “Neftçi” (Azərbaycan) “Şaxtyor Qaraqanda” (Qazaxıstan) ilə 1:1 hesablı heç-heçə etdi. “Qarabağ” (Azərbaycan) “Dinamo Tiflis”ə (Gürcüstan) 0:2 hesabı ilə uduzdu. “İstanbul Başağşəhər” (Türkiyə) isə “Bunyodkor”u (Özbəkistan) 2:0 hesabı ilə yendi. Günün digər qarşılaşmalarında isə “Ulduz” FA (Azərbaycan) “Trabzonspor məktəbi”nə (Türkiyə) 0:2, “Aspire Akademiyası” (Qətər) isə “Sduşorsi”yə (Qırğızıstan) 0:2 hesabı ilə uduzdu.
Turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır. “A” qrupunda “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər), “B” qrupunda “Qarabağ” FK (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başağşəhər” FK (Türkiyə), “Bunyodkor”(Özbəkistan), “C” qrupunda “Sabah” FK (Azərbaycan), “Paxtakor” FK (Özbəkistan), “Neftçi” PFK (Azərbaycan), “Şaxtyor Qaraqanda” (Qazaxıstan) qüvvəsini sınayacaq. Turnirin final görüşü avqustun 28-də baş tutacaq.
Turnirin oyunları Gənclər və İdman Nazirliyinin “Youtube” kanalında canlı yayımlanır.