Azərbaycan klubu erməni hücumçu alır?

Ukraynalı futbol meneceri Vadim Şabliy maraqlı açıqlama ilə çıxış edib. Allsport.az xəbər verir ki, o, erməni əsilli ukraynalı hücumçu Heham Kadimyanın karyerasını Azərbaycanda davam etdirməsinin mümkünlüyünü bildirib.

Bu barədə o, “Futbol 1” kanalına açıqlamasında məlumat verib. Şabliy bəyan edib ki, Donetsk “Olimpik”i ilə müqaviləsinin müddəti başa çatmaq üzrə olan futbolçu ilə Avropanın bir neçə klubu, eləcə də Azərbaycan və Qazaxıstan komandaları maraqlanır.

Qeyd edək ki, Kadimyan 1992-ci ildə Ermənistanda anadan olub. “Pünik”in yetirməsi olan forvard sonralar Xarkov “Arsenal”ına üz tutub və Ukrayna vətəndaşlığını alıb.

Həmin kateqoriyadan