Azərbaycan Kuboku: 1/2 final mərhələsi rəqəmlərin gözü ilə

Gələn həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, mübarizəni davam etdirəcək 4 komanda 2 cütdə münasibətlərini aydınlaşdıracaq.

Bu cütlərdən biri indiyədək kubokda üz-üzə gəlməyibsə, digərinin yolları 7-ci dəfə kəsişib. Peşəkar Futbol Liqasının rəsmi internet saytı isə üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir.

Azərbaycan Kuboku
1/2 final mərhələsi

İlk oyunlar
13 aprel (bazar ertəsi) 

19. “Neftçi” – “İnter” – 12 oyun, +2=6-4, top fərqi 8-11

İndiyədək 3 dəfə yarımfinal, 3 dəfə 1/4 finalda qarşılaşan paytaxt təmsilçiləri 12 matçda üz-üzə gəlib. Hər komanda 3 dəfə mərhələ adlasa da, “İnter” daha çox qələbə qazanıb. Lakin “Neftçi” son 2 dueldəki 4 matçda uduzmadan mərhələ keçib.

2001/021/2 finalNeftçi (Bakı) – Xəzər Universiteti (Bakı)2:0, 1:2
2004/051/4 finalNeftçi (Bakı) – İnter (Bakı)0:0, 0:0, pen. 3:4
2007/081/2 finalNeftçi (Bakı) – İnter (Bakı)2:2, 0:1
2009/101/4 finalNeftçi (Bakı) – İnter (Bakı)0:3, 1:2
2011/121/2 finalİnter (Bakı) – Neftçi (Bakı)0:0, 0:1
2013/141/4 finalİnter (Bakı) – Neftçi (Bakı)1:1, 0:0

 

20. “Qarabağ” – “Simurq” – indiyədək görüşməyiblər

Həmin kateqoriyadan