Azərbaycan kubokunun püşkü atılıb

Bu gün ölkə kubokunda cari mövsümün püşkü atılıb. Allsport.az saytı  xəbər verir ki, rəqabətdə 12 komanda çıxış edəcək. Bunlardan 8-i premyer liqa, 4-ü 1-ci divizion təmsilçiləridir. Mübarizə dekabrın 6-da start götürəcək.

Final görüşü gələn il mayın 19-da olacaq. 1/4 finala qədər qalib 1 oyunda müəyyənləşəcək. Sonra ev-səfər qaydası olacaq. Kubokda yaş həddi premyer liqada olduğu kimi 6+4+1-dir (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı).

Matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 futbolçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir.

1/8 final 
“Ağsu” – “Sabah”
“Şüvəlan” – “Keşlə”
“Sumqayıt” – “Qaradağ Lökbatan”
“Səbail” – Kəpəz”

1/4 final
“Qəbələ” – “Ağsu” / “Sabah”
“Qarabağ” – “Şüvəlan”/ “Keşlə”
“Neftçi” – “Sumqayıt” / “Qaradağ Lökbatan”
“Zirə” – “Kəpəz” / “Səbail”

 

Həmin kateqoriyadan