- Baxış sayı: 20
- 05 Dekabr 2025 17:24
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0
Bu gün DÇ-2018-in seçmə ələməsində 3-cü tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “C” qrupunda yer alan Azərbaycan millisi səfərdə Çex Respublikasının qonağı olub. İlk oyununda səfərdə San Marinoya, doğma meydanda Norveçə eyni hesabla (1:0) qalib gələn “ay-ulduzlular”ımız, Ostravada uğurun davamını gətirib.
Rəqib stadiondaslavyanlarla qolsuz heç-heçə edən komandamız qrupda liderliyini davam etdirir. Qeyd edək ki, bu gün yığmamızın yer aldığı qrupda daha 2 matç keçirilib. Qrup lideri Almaniya Şimali İrlandiyanı (2:0), Norveç isə San Marinonu (4:1) üstələyib. Yarış cədvəli ilə ön səhifəmizdə tanış ola bilərsiniz.