“Azərbaycan millisi ilə matçlar bizim üçün müsbət nəticələndi”

Allsport.az xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi Nəcla Güngör Qırağası Azərbaycan millisi ilə Bakıda heç-heçə etdikləri yoxlama oyunu (0:0) barədə danışıb. O deyib:

“Azərbaycan millisinə qarşı keçirdiyimiz matçlar bizim üçün müsbət nəticələndi. Millətlər liqasındakı rəsmi oyunlardan əvvəl bizim üçün yaxşı hazırlıq mərhələsi oldu. Hər iki qarşılaşmada nümayiş etdirmək istədiyimiz oyun üslubunu sınaqdan keçirdik. Lakin ilk görüşdə 2 futbolçumuzun zədələnməsi 2-ci oyuna daha təmkinli yanaşmağımıza səbəb oldu. İrəli xətdə rəqibi gərginlikdə saxlamaq, hücum bölgəsinə topu daşımaq bacarığımızı görmək baxımından nə kimi çatışmazlıqlarımızın olduğunu müəyyən edə bildik. Yoxlamaq istədiyimiz oyunçulara şans vermək imkanı qazandıq. Yüksək qonaqpərvərliyə görə AFFA rəhbərliyinə təşəkkür edirik”.

Həmin kateqoriyadan