“Daha çox qol vura bilərdik”

“Bu gün kifayət qədər qol imkanı yaratdıq. Azərbaycan millisinə daha çox qol vura bilərdik. Sadəcə, dəqiqlik çatmadı”.

Allsport.az xəbər verir ki, bu sözü Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla Bakıda keçirilən oyundan (3:0) sonra mətbuat konfransında deyib.

O, bir gün əvvəl Canni de Byazinin “Santuş mənim sayəmdə Portuqaliya millisinə təyin olunub, mənə Porto şərabı hədiyyə etməlidir” fikrinə cavab verib: “Azərbaycan millisinin çox yaxşı baş məşqçisi var. Onun yox, federasiyanın sayəsində baş məşqçi olmuşam. Porto şərabı ilə bağlı məlumatım yox idi. Amma buna çalışaram”.

Santuş Portuqaliyada millimizə 1:0 hesabı ilə qalib gəldikləri matçla bugünkü görüşü müayisə edib: “Əsas fərq ondan ibarət idi ki, Azərbaycan orada 6-lı müdafiə oyunu göstərdi. Bu gün isə 4-3-3 sistemində oynadılar, bu da bizə geniş imkanlar yaratdı”.

Həmin kateqoriyadan