Azərbaycan millisində 25 futbolçu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti bəlli olub.

Allsport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komandamız iyunun 7-də Bratislavada Slovakiya, iyunun 11-də isə Bakıda Bolqarıstan yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq. İyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.

“Qarabağ” futbolçuları Azərbaycan kubokunun final oyunundan sonra iyunun 3-də milliyə qoşulacaqlar.

Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Liv Bona Dea Arena”da, saat 20:00-da başlayacaq.

SAD / SOYADKLUB
1Amin RamazanovQarabağ
2Xəyal FərzullayevSumqayıt
3Yusif İmanovSabah
4Süleyman DamadayevŞamaxı
5İbrahim RamazanovQəbələ
6Seymur MəmmədovSabah
7Cəlal HüseynovArda Kardzali (Bolqarıstan)
8Eşqin ƏhmədovQəbələ
9Abdulla RzayevAraz-Naxçıvan
10Rüfət ƏhmədovKəpəz
11Rüfət AbbasovNeftçi
12Mirəli ƏhmədovAraz-Naxçıvan
13Mahir HəsənovKəpəz
14Qurban SəfərovŞamaxı
15Samir MəhərrəmliŞamaxı
16Elcan ƏbilovNeftçi
17Ramin NəsirliAraz-Naxçıvan
18Xəyal ƏliyevSabah
19Murad VəliyevNomme United (Estoniya)
20Fərid YusifliTuran Tovuz
21Şahin ŞahniyarovQəbələ
22Zeynəddin AbdurahmanovSəbail
23Samir AbdullayevSəbail
24Ağadadaş SalyanskiyNeftçi
25Nəriman AxundzadəQarabağ

Həmin kateqoriyadan