- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Kayserispor” klubunun futbolçusu Həsən Hüseyn Əcər Türkiyə milisində oynamaq arzusunda olduğunu açıqlayıb. Allsport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu istəyinə görə Azərbaycan millisində oynamaqdan imtina etdiyini deyib:
“Yeganə xəyalım milli komandada oynamaqdır. “Kayserispor”la liqada qala bilsək, bu xəyalıma çata bilərəm. Yığmanın baş məşqçisi Şenol Günəş məşqçilərimdən məni soruşub, onlara performansımı bəyəndiyini deyib. Milli komandaya çağırılacağımı düşünürəm.
Mövsümün əvvəlində Azərbaycan milli komandasından təklif aldım, ancaq Türkiyə yığmasında oynamaq istədiyim üçün rədd cavabı verdim. Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı. Azərbaycan millisindən təklif aldım, ancaq müsbət cavab vermədim. Çox istədilər, ancaq mən təklifi qəbul edə bilmədim”.