Azərbaycan millisindən imtina edən futbolçu klubunu məhkəmədə uddu

FIFA-nın mübahisələrin həlli palatası rusiyalı futbolçu Sərdar Sərdarovla Xorvatiyanın “İnter” klubu arasındakı problemlə bağlı qərar verib. Allsport.az xəbər verir ki, 27 yaşlı vinger Zapreşiç təmsilçisinin müqaviləni birtərəfli qaydada pozması və ona ödənilməli olan mükafatın verilməməsi barədə qitə futbol qurumuna müraciət etmişdi.

FIFA sonda dağıstanlı oyunçunun lehinə qərar verib.

Ötən ilin avqustundan Macarıstanın “Mezyokyoveşd” komandasında çıxış edən Sərdar Sərdarov 2018-ci ildə “Sumqayıt”da baxışda olub.

“Gənclik şəhəri” təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşan futbolçu sonradan fikrini dəyişərək Polşanın “Krakoviya” klubuna keçib.

Sərdar ötən ilin sonunda Rusiya mətbuatına müsahibəsində Azərbaycan millisindən təklif aldığını, amma qəbul etmədiyini bildirib.

Həmin kateqoriyadan