- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Şimali İrlandiya millisinin qapıçısı Maykl Makqovern DÇ-2018-in seçmə ələməsində “ay-ulduzlular”ımıza qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 4:0 hesablı qələbə ilə bağlı belə deyib:
“Azərbaycan yığmasının bir neçə il öncə qarşılaşdığımız komandadan daha yaxşı vəziyyətdə olduğunu bilirdik. Bunu onların qrupumuzdakı digər oyunlarının nəticələrindən də görmək mümkündür. Ona görə də rəqibə hörmətlə yanaşırdıq.
“Biz əsl peşəkarlarıq və öz işimizi yüksək səviyyədə görməyə çalışdıq. Qələbəni də məhz bunun məntiqi nəticəsi saymaq olar. Bu uğurumuza görə çox şadıq”.