- Baxış sayı: 20
- 24 Aprel 2025 19:26
- Baxış sayı: 60
- Aprel 24, 2025
- 0
Braziliya millisinin tarixinin ən rəmzi komandası açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq futbol tarixi və statistikaları federasiyası “pentakampeonlar”ın 3 rəmzi “11-liy”ini müəyyənləşdirib.
Zəngin tarixə malik komandanın “A”, “B” və “C” yığmaları bəlli olub. Azərbaycan millisinin keçmiş baş məşqçisi Karlos Alberto Torres müdafiənin mərkəzində yer alıb.
“A” yığması
Qapçı: Jilmar;
Müdafiəçilər: Kafu, Karlos Alberto, Dominqos da Quya, Nilton Santos;
Yarımmüdafiəçilər: Didi, Ziko;
Hücumçular: Qarrinça, Ronaldinyo, Pele, Ronaldo
“B” yığması
Qapıçı: Klaudio Taffarel;
Müdafiəçilər: Calma Santos, Aldair, Luis Pereyra, Roberto Karlos;
Yarımmüdafiəçilər: Paulo Roberto Falkao, Sokrates;
Hücumçular: Jairzinyo, Romario, Zizinyo, Roberto Rivellino
“C” yığması
Qapıçı: Emerson Leao;
Müdafiəçilər: Dani Alves, Hilderaldo Luis Bellini, Lusio, Junior;
Yarımmüdafiəçilər: Jerson, Rivaldo;
Hücumçular: Julinyo, Artur Fridenreyx, Leonidas, Pepe