- Baxış sayı: 18
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarına təyinatlar bəlli olub.
Allsport.az xəbər verir ki, yığmanın noyabrın 13-də İslandiyaya qarşı matçını Şotlandiyadan olan Devid Dikinson idarə edəcək.
Üç gün sonra İrlandiya ilə görüşdə Miloş Milanoviç, noyabrın 19-da Moldova ilə qarşılaşmada yenidən Dikinson ədaləti qoruyacaq.
Avropa çempionatının seçmə mərhələsi
VII qrup
13 noyabr
14:00. Azərbaycan – İslandiya
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
“Zimbru-2” stadionu.
16 noyabr
14:00. İrlandiya – Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
“Zimbru-2” stadionu.
19 noyabr
15:00. Moldova – Azərbaycan
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Lukaş Matuşek (Çexiya).
Dördüncü hakim: Yan Petrik (Çexiya).
“Zimbru” stadionu.