Azərbaycan millisinin üzvü: “Duysburq” böyük klubdur

Amaniyanın “Duysburq” klubunun və Azərbaycan millisinin üzvü Toğrul Ərat maraqlı açıqlamalar verib. Allisport.az saytı xəbər verir ki, yarımmüdafiəçisi yeni komandasından, Azərbaycanla bağlılığından danışıb:

“Millinin son toplanışına dəvət almamışdım. Çünki həmin vaxt “Fortuna”nın ikinci komandasında oynayırdım. Amma ümid edirəm ki, “Duysburq”da hər şey fərqli olacaq”.

“Azərbaycan millisindən imtina etmək? Mən bunu əvvəllər də demişəm, indi də təkrar edirəm ki, babamla nənəm Azərbaycandandır. Ona görə də bu ölkəyə birbaşa bağlılığım var”.

“Duysburq” böyük klubdur. Kimə qarşı oynamasından asılı olmayaraq, komandamız favorit sayılır. Belə bir komandada olmaq xoşdur. 3-cü liqa ciddi çağırışdır. Bütün iştirakçı komandalara hörmətim var. Amma meydana çıxdığım oyunlarda komandamın qələbə qazanmasına kömək etmək üçün əlimdən gələni edəcəyəm”.

Həmin kateqoriyadan