Azərbaycan millisinin və “Sumqayıt” klubunun keçmiş üzvü zorlamada ittiham olunur

Azərbaycan millisinin və “Sumqayıt” klubunun keçmiş üzvü Pərdis Fərcad-Azad almaniyalı model Cina-Liza Lofink tərəfindən məhkəməyə verilib. Allsport.az saytı xəbər verir ki, buna səbəb kimi, gözəlçə yenicə “İnter”ə transfer olunan bu futbolçunun Sebastyan adlı başqa bir şəxslə birlikdə onu zorlaması göstərilir.

Hadisə 2012-ci ildə baş verib. Bu günlərdə məsələ ilə bağlı məhkəmənin növbəti iclası keçirilib. Məhkəmə zamanı Lofinkin ürəyi gedib. Bu üzdən də məhkəmə zalına təcili tibbi yardım çağırılıb. Nəticədə, məhkəmənin təxirə salınmasına qərar verilib. Prosesi iyunun 6-da davam etdiriləcək. Yekun qərarın isə bu ayın sonunda qəbul olunması gözlənilir.

Qeyd edək ki, Lofink zorlanma iddiasına görə Fərcad-Azadla Sebastyan adlı şəxsdən 24 000 avro tələb edir. Hətta həmin zorlanma hadisəsinin videogörüntüləri də üzə çıxıb. Bu üzdən də proses 4 ildir davam edir. Lofink videogörüntülərdən sonra iddia edib ki, onu içirdiblər və özündə olmayıb. Hadisə də bundan sonra baş verib.

Həmin kateqoriyadan