- Baxış sayı: 33
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Azərbaycan qran-prisi üçün yarış məkanına böyükdən kiçiyə 71 min 541 azarkeş gəlib. Allsport.az saytı xəbər verir ki, formula1-in ən yeni məkanı olan Bakı Şəhər Halqasında ötən il baş tutmuş ilk yarışla müqayisədə bu dəfə 30% çox tamaşaçı qatılıb.
Bundan əlavə, yarışı yerində canlı izləmək üçün Bakıya xaricdən ötən ildəkindən 2 dəfə artıq avtoidman azarkeşi gəlib. Ümumilikdə, 65 ölkədən gələn azarkeşlər Bakıda mövsümün ən gərgin və yaddaqalan yarışına şahid olublar. Xaricdən gələn formula1 həvəskarlarının sayı bütün tamaşaçıların üçdə birini təşkil edib.