Azərbaycan nümayəndə heyəti “ağ olimpiada”ya yola düşüb

Azərbaycan nümayəndə heyəti Pekin-2022 qış olimpiya oyunlarına yola düşüb. Allsport.az saytı xəbər verir ki, 10 nəfərdən artıq komandanın böyük qismi idmançılarımızın iştirakına hazırlıq işlərini təşkil etmək üçün Çinə səfər edib.

“Ağ olimpiada”nın şef de-missionu MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırovdur. Bura marketinq idarəsinin müdiri Mehman Kərimov,  “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, MOK-un beynəlxalq proqramlar uzrə katibi Ceyhun Rəhmanov daxildirlər.

Baş nazirin müavini Əli Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən yollanacaqlar.

Olimpiya komandasının bayraqdarı Vladimir Litvinsev fevralın 8-i və 10-nu çıxış edəcək. Ayın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Onun çıxışı 15 və 17 fevralda baş tutacaq. Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq.

Həmin kateqoriyadan