Azərbaycan ötmələrə görə digər qran-prilərdən xeyli öndədir

Doğma Bakımızın küçələrində baş tutan formula1 yarışı zamanı 137 ötmə qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, bu, bizə qədər öndərlik edən Çin qran-prisindən düz 83 dəfə çoxdur. “Mersedes”in portalı hər mübarizədən sonra ətraflı statistika dərc edir: sürücülərin hər dövrədə göstərdiyi nəticələrdən tutmuş havanın və trasın yarışın gedişində dəyişən temperatur göstəricisinə kimi.

Almaniya komandasının hesabatına əsasən, Bakı yarışı zamanı sürücülər 137 uğurlu ötmə gerçəkləşdiirblər ki, bunlardan cəmi 25 ötmə DRS-in köməyi ilə baş tutub. Hazırda Azərbaycan qran-prisi ötmələrin sayına görə cari mövsümə başçılıq edir. 2-ci yerdə 54 ötmə ilə Çin, 3-cü olan Bəhreyn yarışında 48 ötmə qeydə alınıb.

Çox güman ki, komandanın saytında yalnız mövqe uğrunda deyil, həm də dövrəvi sürücünü ötmək də sayılır. F-1.az komandanın saytına istinadən bildirir ki, cədvəldə sonuncu yeri cəmi 9 ötmə ilə Monako qran-prisi tutur…

 

Həmin kateqoriyadan