- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 126
- Fevral 06, 2026
- 0

Azərbaycan premyer liqasının 3-cü turu nadir hadisə qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, “Sabah” – “Neftçi” oyununda 1 klubun qapısına 3 penalti zərbəsi təyin olunub. Meydan sahibləri bu imkanların 2-sindən yararlana bilib. Görüş 2:1 “ağ-göylər”in xeyrinə bitib.
Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/06 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb. 2005-ci il dekabrın 10-dakı görüşdə hər 3 penaltini Pathe Banqura yerinə yetirib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 qələbə qazanıb.