- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 221
- Mart 30, 2026
- 0
Almaniya 3-cü liqasının 9-cu turunda azərbaycan futbolçu Rüfət Dadaşovun oynadığı “Proyssen” klubu səfərdə “Hanza Rostok”la qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, “qartallar” bu görüşdə 4:1 qalib gəliblər.
Həmvətənimiz start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu qollardan üçündə onun payı olub. Hüçumçu 2, 6 və 65-ci dəqiqələrdə fərqlənib.
Münster klubu 15 xalla 5-ci pillədədir.