İDDİA
Azərbaycan qran-pridən imtina edir

Azərbaycan Formula1 qran-prisindən imtina etmək istəyir. Allsport.az xəbər verir ki, bu iddianı “Motosport” irəli sürüb.

Azərbaycan qran-prisinin təşkilatçılar Formula1 rəhbərliyinə yarışdan imtina etmək fikrində olduqlarını bildirib. Koronavirusla bağlı öncəki qran-prilər ləğv olunduğu üçün mövsümə Bakıda start verilməli idi.

Azərbaycan qran-prisinin təşkilatçıları indiki durumu nəzərə alaraq, yarışın keçirilməsinin böyük maliyyə itkisinə səbəb olacağını düşünür. Çünki Bakıdakı yarış böyük məbləğ tələb edib.

Bundan əlavə, iyunun əvvəlinə nəzərdə tutulan yarış üçün magistral yolun hazırlığı apreldən start götürür. Əgər yarış koronavirusa görə ləğv edilsə, yolların hazırlanması üçün sərf edilən maliyyə boşa gedəcək.

Azərbaycan qran-prisi iyunun 5-dən 7-dək keçiriləcək.

Həmin kateqoriyadan