Azərbaycan qran-prisi ərəfəsində pit-leynə giriş və çıxış qaydaları dəqiqləşdirilib

Monakoda “Red Bul”un sürücüləri pit-leynə girişi və pit-leyndən çıxışı göstərən tamamilə sarı xəttə daxil olanda, mübahisəli vəziyyət yaranmışdı.

Allsport.az saytı xəbər verir ki, “Ferrari”də iddia qaldıraraq, Ferstappenin maşınının sol ön və arxa şinlərinin qismən sarı xətdən solda yerləşməsini və bununla yürüşlərin direktorunun təlimatının pozulmasını təsdiqləyiblər. Vəziyyətin araşdırılması zamanı müəyyən edilib ki, təlimatlar köhnəlib və bu ifadə əvvəlki fayllardan götürülüb, halbuki 2022-ci ildə qaydalar dəyişdirilib.

Beynəlxalq idman məcəlləsinin yeni versiyasında deyilir ki, pit-leyndən çıxan maşının heç bir şini bütöv çıxış xəttini kəsməməlidir. Yürüşün direktoru vəzifəsində Eduardu Freytaşı əvəzləyən Nils Vittix öz təlimatlarında dərhal qaydaların interpretasiyası kursunu deyil, onlara hərfi mənada riayət etmək kursunu göstərib.

Bu uik-enddə və gələcəkdə məhdudiyyət xətti üzərinə bütün şinlə çıxma qayda pozuntusu hesab ediləcək. Formula-1 çempionatının Azərbaycan mərhələsi iyunun 10-dan 12-dək Bakıda keçiriləcək.

Həmin kateqoriyadan