- Baxış sayı: 35
- 27 Noyabr 2024 20:19
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bakı Şəhər Halqası əməliyyat şirkəti 23-25 iyunda keçiriləcək Azərbaycan qran-prisi ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Allsport.az saytı xəbər verir ki, Xaqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərindən yarışa hazırlıq işlərinin görülməsi nəticəsində yaranmış müvəqqəti narahatlığa görə üzrə istəyir, mövsümün ən baxımlı Formula 1 yarışının reallaşmasında göstərdiyi böyük dəstəyə və anlayışa görə dərin minnətdarlığını bildirir.